...

Bu il 350-dən çox adam qidadan zəhərlənib

Cəmiyyət Materials 11 İyul 2016 14:41 (UTC +04:00)
Bu ilin yanvar-iyun ayları ərzində əhali arasında 290 qida zəhərlənməsi hadisəsi qeydə alınıb
Bu il 350-dən çox adam qidadan zəhərlənib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin yanvar-iyun ayları ərzində əhali arasında 290 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, qida zəhərlənmələri nəticəsində 354 nəfər zərərçəkən qeydə alınıb.

Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 25 botulizm hadisəsi nəticəsində 30 nəfər botulizmlə xəstələnib.

Qida zəhərlənmələri, əsasən, ev şəraitində hazırlanan qidalardan, kustar üsulla hazırlanmış konservləşdirilmiş məhsullardan baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti