...

"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində yay məktəbi layihəsi təqdim edildi

Cəmiyyət Materials 13 İyul 2016 12:44 (UTC +04:00)
"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində təşkil edilən yay məktəbi layihəsi təqdim edilib.
"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində yay məktəbi layihəsi təqdim edildi

Bakı. İlhamə İsabalayeva-Trend:

"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində təşkil edilən yay məktəbi layihəsi təqdim edilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, son illər ərzində təhsildə aparılan islahatların tərkib hissəsi olaraq, bir çox layihələr həyata keçirilib.

"Azərbaycan üçün öyrət" təhsil proqramını da bu layihələrdən biri sayan F.Qurbanov əlavə edib ki, layihə ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır.

Nazir müavini qeyd edib ki, proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılması, zəif nəticə göstərən şagirdlərə köməyin göstərilməsidir.

F.Qurbanov deyib ki, yay məktəbi layihəsi Bakı, Lənkəran, Quba, Şəki və Gəncə şəhərlərini əhatə edən təhsil marafonudur. İlk yay məktəbi Lənkəranda təşkil olunur.

Layihə çərçivəsində tanınmış ictimai şəxslərin iştirakı ilə ölkənin 5 bölgəsində akademik göstəriciləri zəif olan məktəblərin şagirdləri üçün hər biri 2 gün olmaqla yay məktəbləri təşkil olunacaq.

İyulun 21-dək davam edəcək layihə müddətində şagirdlər intellektual yarışlarda və fərdi inkişaf təlimlərində iştirak edəcək.

Millət vəkili Hadı Rəcəbli deyib ki, "öyrət" mövzusunun qoyulması çox müdrik ideyadır. Layihə üçün seçilən mərkəzlər də tarixi yerlər - xanlıq ərazilərdir.

Deputat əlavə edib ki, uşaqların zəif nəticə göstərməsi onların özünün qavrama qabiliyyətindən, valideynlərin şagirdlərə göstərdiyi münasibətdən, uşaqların internet aludəliyindən, məktəblərin maddi-texniki bazasından və s. amillərdən asılıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti