...

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçirilir

Cəmiyyət Materials 29 İyul 2016 09:34 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün hərbi liseylərə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək.
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçirilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün hərbi liseylərə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 3 binada təşkil olunacaq.

İmtahanda 1694 abituriyentin (Bakı şəhərində 1023 nəfər, Naxçıvan şəhərində 671 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 118 nəfəri Hərbi Tibb Məktəbinə, 1576 nəfəri isə hərbi liseylərə imtahan verəcək.

İmtahanın idarə olunmasına 15 imtahan rəhbəri, 140 nəzarətçi-müəllim cəlb edilib.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 2 saat davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti