...

FHN: Yanğının meşə zolağına keçməməsi üçün ərazinin mühafizəsi gücləndirilir

Cəmiyyət Materials 18 Avqust 2016 17:30 (UTC +04:00)
Şamaxı rayonunun Şərədil qəsəbəsi ərazisində örüş sahəsində baş verən yanğınla bağlı əraziyə Şamaxı rayon Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
FHN: Yanğının meşə zolağına keçməməsi üçün ərazinin mühafizəsi gücləndirilir

Bakı. Samir Əli-Trend:

Şamaxı rayonunun Şərədil qəsəbəsi ərazisində örüş sahəsində baş verən yanğınla bağlı əraziyə Şamaxı rayon Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib. 

Nazirlik rəsmisi bildirib ki, yanğın əvvəlcə ərazidəki kol-kosdan başlayıb. Əraziyə yanğınsöndürmə briqadaları və Şamaxı rayon İcra hakimiyyətinin məsul şəxsləri gəlib. Yanğının yaxınlıqdakı meşə zolağına keçməsi təhlükəsinin qarşısının alınması ilə bağlı tədbirlər görülür. Hələlik yanğın davam edir. 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti