...

Lahıcda şortla gəzməyə qadağa qoyulub? - Rəsmi açıqlama

Cəmiyyət Materials 24 Avqust 2016 14:32 (UTC +04:00)
Elanda qeyd edilib ki, qəsəbənin adət-ənənələrinə riayət edilməli, burada milli ənənələrə uyğun olmayan paltarlarla - şortla gəzmək qadağandır.
Lahıcda şortla gəzməyə qadağa qoyulub? - Rəsmi açıqlama

Bakı. İlhamə İsabalayeva - Trend:

İsmayıllı rayonunun Lahıc qəsəbəsində insanların şortla gəzməsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlar yalandır.

Bu barədə Trend-ə İsmayıllı rayonunun Lahıc bələdiyyəsindən bildirilib.

Bələdiyyədən verilən məlumata görə, elanda adı qeyd edilən Lahıc bələdiyyə sədri Rəfiqə İsmayılova iki ildir bu vəzifədə çalışmır: “Həmin elan köhnədir. 2-3 il əvvəl olan elanı sosial şəbəkələrdə indi yerləşdiriblər. Belə bir elanın indi yayılmasında məqsədin nə olduğunu başa düşə bilmirik. Hazırda Lahıcda heç bir yerdə belə bir elan yerləşdirilməyib və qadağa da qoyulmayıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Lahıc qəsəbəsində insanların sortla gəzməsinə qadağanın qoyulduğunu bildirən elan yerləşdirilib. Elanda qeyd edilib ki, qəsəbənin adət-ənənələrinə riayət edilməli, burada milli ənənələrə uyğun olmayan paltarlarla - şortla gəzmək qadağandır. Elanda bu tapşırığın Lahıc bələdiyyə sədri Rəfiqə İsmayılova və Lahıc qəsəbə icra nümayəndəsi Fikrət Haqverdili tərəfindən verdiyi qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti