...

Dənizkənarı Milli Parkda qeyri-peşəkarlar arasında şahmat turniri keçiriləcək

Cəmiyyət Materials 28 Sentyabr 2016 17:08 (UTC +04:00)
Dənizkənarı Milli Parkda qeyri-peşəkarlar arasında şahmat turniri keçiriləcək.
Dənizkənarı Milli Parkda qeyri-peşəkarlar arasında şahmat turniri keçiriləcək

Bakı. Trend:

Azərbaycanda Olimpiya Hərəkatı, idmanın təbliği və kütləviliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi il ərzində müxtəlif tədbirlər təşkil edir. Rio de-Janeyroda keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının uğurlu çıxışlarına, Bakıda Ümumdünya Şahmat Olimpiyadasının yüksək səviyyədə təşkilinə və 2017-ci ildəki IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş şahmat yarışı bu qəbildən olan tədbirlərdən biridir.

Deyilənləri nəzərə alaraq, bu ilin 01-02 oktyabr tarixində 15.00-da (Kukla teatrının arxasında) Dənizkənarı Milli Parkda qeyri-peşəkarlar arasında şahmat turniri keçiriləcək. Turnirin sonunda estrada ulduzlarının çıxışı və qaliblərin təltifolunma mərasimi keçiriləcək. Əlavə məlumat üçün: (055) 286 86 29 [email protected].

Turnirin sonunda estrada ulduzlarının çıxışı və qaliblərin təltifolunma mərasimi keçiriləcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti