Bakı. Samir Əli - Trend:
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində başlanmış yeni cinayət işinin istintaqı davam etdirilir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.
Z.Qaralov qeyd edib ki, Ə.İnsanov cinayət törətdiyi üçün barəsində yenidən cinayət işi başlanıb: "Başlanmış cinayət işi üzrə nə demək olar? Cinayət törətməsə, cinayət işi də başlana bilməz. Cinayət törədibsə, istintaq olunmalıdır".