...

İcra başçısı: Məktəb direktorunun müavini döyməsi faktına prokurorluq qarışdı - ÖZƏL

Cəmiyyət Materials 4 Oktyabr 2016 11:25 (UTC +04:00)
Ağdam rayonunda orta məktəb direktorunun digər məktəbin direktor müavinini döyməsi ilə bağlı araşdırmalara başlanılıb.
İcra başçısı: Məktəb direktorunun müavini döyməsi faktına prokurorluq qarışdı - ÖZƏL

Bakı. Samir Əli - Trend:

Ağdam rayonunda orta məktəb direktorunun digər məktəbin direktor müavinini döyməsi ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə Trend-ə Ağdam rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədov açıqlamasında deyib.

İcra başçısı bildirib ki, hadisə ilə bağlı Ağdam rayon Polis Şöbəsi və Ağdam rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, hadisə rayonun Səfərli kəndində baş verib. Həmin kənd orta məktəbinin direktor müavini Şirazi Ağayev tarix müəlliməsi Şahnaz Əliyevanın dərsə gəlməməsindən narazılıq edib. O, bunun üçün müəllimənin həyat yoldaşı, Baharlı kənd orta məktəbinin direktoru Fəqani Səfərovla əlaqə saxlayıb. F.Səfərov isə ona ağır cavab verib və mübahisə böyüyüb. Sonra F.Səfərov Səfərli kənd orta məktəbinə gələrək Şirazi Ağayevə bədən xəsarətləri yetirib. Yaralı Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti