...

Sentyabrda 173 PHS və 11 tank əleyhinə mina zərərsizləşdirilib

Cəmiyyət Materials 7 Oktyabr 2016 12:29 (UTC +04:00)
Sentyabr ayı ərzində 2 670 572 m2 ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Sentyabrda 173 PHS və 11 tank əleyhinə mina zərərsizləşdirilib

Bakı. Trend:

Sentyabr ayı ərzində 2 670 572 m2 ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 173 ədəd PHS və 11 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Əməliyyatlarda 498 nəfər əməliyyat heyəti və 124 nəfər inzibati heyət iştirak edib. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 388 380 893 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 752 243 -dir.

Sentyabr ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Qazax, Lənkəran, Tərtər, Sumqayıt və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti