...

Aşura günü ibadətgahlarda xüsusi monitorinqlər keçiriləcək

Cəmiyyət Materials 10 Oktyabr 2016 14:05 (UTC +04:00)
Azərbaycanda Aşura günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən məscidlərdən kənarda dini ayinlərin icrasının qarşısını almaq üçün xüsusi olaraq monitorinqlər keçiriləcək.
Aşura günü ibadətgahlarda xüsusi monitorinqlər keçiriləcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda Aşura günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən məscidlərdən kənarda dini ayinlərin icrasının qarşısını almaq üçün xüsusi olaraq monitorinqlər keçiriləcək. Bunu Trend-ə Komitənin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, məhərrəmlik ayı başlayandan etibarən monitorinqlər aparılır: “Bü günə kimi ciddi qanun pozuntuları aşkar edilməyib. Məhərrəmlik ayının sonuna qədər monitorinqlər davam edəcək. Ancaq Aşura günü Komitə xüsusi rejimdə işləyəcək”.

S.Heydərov bildirib ki, Aşura günü Komitənin əməkdaşlarından ibarət qruplar insanların kütləvi toplaşdığı ibadətgahlarda monitorinqlər aparacaqlar: “Monitoqinqlər həm Bakıda, həm də respublikanın digər ərazilərində aparılacaq. Əgər qanun pozuntuları aşkar olunarsa, qanunvericiliyə uyğun olaraq dərhal qarşısı alınacaq, həmin şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaq”.

Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişikliklərə əsasən dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti