...

Uğura inan, öz biznesinə başla (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2016 17:35 (UTC +04:00)
“ASAN Könüllüləri” təşkilati Azərbaycan Banklar Assosasiyasının birgə dəstəyi ilə nəşr olunan “Uğura İnan, Öz biznesinə Başla!” kitabının təqdimatı keçirilib.
Uğura inan, öz biznesinə başla (FOTO)

Bakı. Trend:

“ASAN Könüllüləri” təşkilati Azərbaycan Banklar Assosasiyasının birgə dəstəyi ilə nəşr olunan “Uğura inan, öz biznesinə başla!” kitabının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, təqdimatda “ASAN Könüllüləri” təşkilatının sədr müavini Rəbiyyə Cəfərova, kitabın müəllifi Elşən Bədirxanov, Azərbaycan Banklar Assosasiyasının icraçı direktoru Yunus Abdulov çıxış edərək satış məqsədi daşımayan və ödnişsiz olan bu kitabın gənclərə verəcəyi tövhədən söhbət açıblar.

Bildirilib ki, yeni ərsəyə gəlmiş bu kitabça bir çox gənci aktivliyə və bizneslə məşğul olmağa sövq edəcək və mikrobiznesə başlamaq istəyən gənclər üçün əvvəldən sonadək bütün prosesləri əhatə edən bir bələdçi olacaq. Kitab dünyada ən məşhur iş adamları, motivasiya trenerləri, biznes müəllifləri tərəfindən yazılmış kitab və məqalələr əsasında tərtib edilib.
Təqdimatın sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb və onlara müəllifindən imzalı kitablar təqdim olunub.

Qeyd edək ki, ödənişsiz olan bu kitabı “ASAN Könüllülər” təşkilatından əldə etmək mümkündür.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti