...

Akif Əlizadə Çexiya və Estoniyaya səfər edəcək

Cəmiyyət Materials 17 Oktyabr 2016 18:15 (UTC +04:00)
20-30 oktyabr 2016-cı il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Çexiya və Estoniyada səfərdə olacaq.
Akif Əlizadə Çexiya və Estoniyaya səfər edəcək

Bakı. Trend:

20-30 oktyabr 2016-cı il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Çexiya və Estoniyada səfərdə olacaq.

AMEA-dan Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Çexiya Elmlər Akademiyasının və Çexiya Texniki Universitetinin rəhbərlikləri ilə görüşərək əməkdaşlıq imkanlarını müzakirə edəcək, ölkənin müxtəlif elmi-tədqiqat müəssisələri ilə tanış olacaq. Daha sonra Estoniya Respublikasının paytaxtı Tallin şəhərində AMEA və Estoniya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.

Nümayəndə heyətinin tərkibinə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov, Rəyasət Heyətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev və digər məsul şəxslər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti