...

İsmayıllıda torpaq sürüşməsi (FOTO/VİDEO)

Cəmiyyət Materials 17 Oktyabr 2016 19:36 (UTC +04:00)
İntensiv yağışlar nəticəsində İsmayıllı rayonunun İstisu kəndində torpaq sürüşməsi baş verib.
İsmayıllıda torpaq sürüşməsi (FOTO/VİDEO)

Bakı. Trend:

İntensiv yağışlar nəticəsində İsmayıllı rayonunun İstisu kəndində torpaq sürüşməsi baş verib.

Trend ARB Şəki-yə istinadən xəbər verir ki, kənddən 150 m aralıda, dağın yamacında 5 hektar ərazidə torpaq kütləsi fərdi yaşayış evlərinə doğru hərəkət edir.

Əraziyə İsmayıllı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirilib və aidiyyatı orqanlar sürüşmə barədə məlumatlandırılıb. Hazırda yaşayış evləri üçün təhlükə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti