...

Ödənişli uşaq bağçalarında maksimum qiymət həddinin müəyyən olunması təklif edilir

Cəmiyyət Materials 18 Oktyabr 2016 11:05 (UTC +04:00)
Azərbaycanda ödənişli uşaq bağçalarında maksimum qiymət həddinin müəyyən olunması təklif edilir.
Ödənişli uşaq bağçalarında maksimum qiymət həddinin müəyyən olunması təklif edilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda ödənişli uşaq bağçalarında maksimum qiymət həddinin müəyyən olunması təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli çıxış edib.

İ.Həbibəyli bildirib ki, özəl uşaq bağçalarında ödənişi maksimum 500 manat həddində müəyyən etmək olar: “Müxtəlif ölkələrdə bu müxtəlif cür hesablanır. Bəzi ölkələrdə minimum əmək haqqının misli ilə hesablanır. Azərbaycanda da bu həddi müəyyən etmək məqsədəuyğundur”.

O qeyd edib ki, iclasda müzakirə olunan yeni hazırlanmış və ilk oxunuşda təqdim olunan “Məktəbə qədər təhsil haqqında” qanuna bu məsələnin salınmasını təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti