...

24 yaşlı gənci xilas edək!

Cəmiyyət Materials 19 Oktyabr 2016 14:28 (UTC +04:00)
Sentyabrın 27-də Bakı-Quba yolunun 33-cü km-də baş vermiş yol qəzası nəticəsində 1992-ci il təvəllüdlü Bədəlov Elçin Qorxmaz oğlu ağır xəsarət alıb.
24 yaşlı gənci xilas edək!

Bakı. Trend:

Sentyabrın 27-də Bakı-Quba yolunun 33-cü km-də baş vermiş yol qəzası nəticəsində 1992-ci il təvəllüdlü Bədəlov Elçin Qorxmaz oğlu ağır xəsarət alıb.

E.Bədəlov Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasınıın reanimasiya şöbəsində müalicə almasına baxmayaraq, sağlamlığı təhlükə altındadır. Ayağı çox ciddi xəsarət alıb, öd və qaraciyəri partlayıb. 6 dəfə əməliyyat olunsa da, hələ də koma vəziyyətindən ayılmayıb. Həkimlərin cəhdlərinə baxmayaraq, heç bir irəliləyiş yoxdur. Həkimlər müalicənin ancaq xaricdə mümkün olduğunu bildirirlər.

Qeyd edək ki, E.Bədəlov çox savadlı gəncdir, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib.

Gəncin müalicəsinə maddi yardım etmək üçün bank hesabı açılıb:

Bankın adı: “Bank Respublika” ASC
Hesab nömrəsi: 380194400153448201

Şəxsiyyət vəsiqəsinin nömrəsi: AZE 16052150

Əlaqə nömrələri:

Qardaşı: 050 260 00 28

Anası Nəzakət Bədəlova: 0773690015

Məqalədə:
Xəbər lenti

Xəbər lenti