...

Qobustanda sürüşmə aktivləşib (VİDEO/FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2016 11:01 (UTC +04:00)
Qobustanda sürüşmə aktivləşib. İki gün öncə kəndlilərin anbaan izlədikləri torpaq sürüşməsi bir saat davam edib.
Qobustanda sürüşmə aktivləşib  (VİDEO/FOTO)

Bakı. Trend:

Qobustanda sürüşmə aktivləşib. İki gün öncə kəndlilərin anbaan izlədikləri torpaq sürüşməsi bir saat davam edib.

Trend ARB Şəkiyə istinadən xəbər verir ki, nəticədə uzunluğu 100 metrdən artıq sürüşmə zolağı yolun uçmasına səbəb olub. Yolun bir hissəsi kəndin Şamaxı və Qobustan, digər hissəsi isə Hacıqabul rayonlarına çıxır. Sözügedən yolun hər iki çıxışında baş verən sürüşmə nəticəsində kəndlilərin Şamaxı-Bakı yoluna çıxan və əks tərəfə Hacıqabul – Kürdəmir rayonlarına getmək üçün olan yol hər iki tərəfdən bağlanıb. Sürüşmə zolağı hər gün genişlənir.

Torpaq uçqununun baş verdiyi nöqtədə 3 yaşayış evi yerləşir. Uçqunlar nəticəsində 130 metr torpaq qatı sürüşərək ərazidə hərəkəti tamamilə bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti