Bakı. Maksim Tsurkov – Trend:
Britaniyanın BP şirkəti Azərbaycanda layihələr üzrə tərəfdaşları ilə birlikdə və ADA Universiteti ölkədə ilk "Big Data" Elmi Tədqiqat və Tədris Mərkəzinin yaradılması üzrə layihəni tətbiq edib.
Mərkəz ADA Universitetində yaradılacaq və nəticədə böyük məlumatların təhlili və öyrənilməsi üzrə yeni magistr proqramı işə düşəcək.
Layihə 2016-cı ilin oktyabrından 2017-ci ilin dekabrınadək reallaşdırılacaq.