...

Güclü yağışlardan sonra çay və transsərhəd çaylardakı vəziyyət

Cəmiyyət Materials 22 Oktyabr 2016 09:26 (UTC +04:00)
Son yağan güclü yağışlardan sonra çay və transsərhəd çaylardakı mövcud vəziyyət açıqlanıb.
Güclü yağışlardan sonra çay və transsərhəd çaylardakı vəziyyət

Bakı. Trend:

Son yağan güclü yağışlardan sonra çay və transsərhəd çaylardakı mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-270, Kiçik Qafqazın çaylarında 140-320, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-200 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 192 m3/s olmaqla ongünlük normanın 116 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 153 m3/s olmaqla ongünlük normanın 93 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 22 sm azalama müşahidə olunub. Hazırda məntəqədə su sərfi 163 m3/s olmaqla, ongünlük normanın 177 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 137 m3/s təşkil edərək ongünlük normanın 149 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Oktyabrın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Salyanda 14, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində 8 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 574 sm (2015-ci il oktyabrın 21-də 386 sm), Salyanda 385 sm (2015-ci il oktyabrın 21-də 220 sm), Bankədə 285 sm (2015-ci il oktyabrın 21-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 285 sm (2015-ci il oktyabrın 21-də 84 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti