...

Yaxın gələcəkdə Azərbaycanda ürək transplantasiyası mümkün olacaq

Cəmiyyət Materials 26 Oktyabr 2016 12:41 (UTC +04:00)
Bu gün bütün dünyada insan orqan və toxumalarının transplantasiyası çox geniş yayılıb.
Yaxın gələcəkdə Azərbaycanda ürək transplantasiyası mümkün olacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün bütün dünyada insan orqan və toxumalarının transplantasiyası çox geniş yayılıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda da bu sahədə böyük işlər görülür: “15 il bundan əvvəl Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası çox az şəkildə həyata keçirilir. Bu gün artıq Azərbaycanda qara ciyər, böyrək, müxtəlif insan toxumalarının, gözün müxtəlif hissələrinin transplantasiyası həyata keçirilir”.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi istiqamətində işlər aparılır və yaxın gələcəkdə ölkəmizdə də ürək transplantasiyasının həyata keçirilməsi mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti