...

Coğrafiya İnstitutu: Sürüşmə baş verən yolların əksəriyyətinin çəkilişində böyük səhvlərə yol verilib

Cəmiyyət Materials 27 Oktyabr 2016 07:45 (UTC +04:00)
Azərbaycanda sürüşmələrin baş verdiyi avtomobil yollarının əksəriyyətinin çəkilişində böyük səhvlərə yol verilib.
Coğrafiya İnstitutu: Sürüşmə baş verən yolların əksəriyyətinin çəkilişində böyük səhvlərə yol verilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda sürüşmələrin baş verdiyi avtomobil yollarının əksəriyyətinin çəkilişində böyük səhvlərə yol verilib.

Bunu Trend-ə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.

N.Paşayev bildirib ki, Quba-Xaçmaz, Şamaxı-İsmayıllıda (Dağlıq Şirvan) avtomobil yollarının hamısının çəkilişində böyük səhvlərə yol verilib: “Bütün sürüşmələrin çoxu avtomobil yollarının kənarında baş verir. Çünki yolların çoxu meşə sahələrindən, sürüşməyə meyilli ərazilərdən salınıb. Heç birində də istinad divarı yoxdur. Bu isə ərazilərdə sürüşmələri daha da gücləndirib. Muğanlı-İsmayıllı, Lənkləran-Lerik, Quba-Xınalıq, Quba-Qəçreş yolunda, Ağsu aşırımında davamlı olaraq sürüşmə gedir. Ağsu aşırımının kənarında tullantı sularının axıdılması nəticəsində orada süxurlar daim yaş olur. Yağıntılar isə bunu daha da artırır. Digər tərəfdən, Ağsu aşırımına ağırtonnajlı maşınların buraxılmasına icazə yoxdur. Amma həmin yola bu tip avtomobillər buraxılır. Buna görə də Ağsu aşırımı mütəmadi sürüşməyə məruz qalır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti