...

Yağışlar başladı - çaylarda sululuq səviyyəsi yenə dəyişdi

Cəmiyyət Materials 1 Noyabr 2016 08:06 (UTC +04:00)
Oktyabrın son 10 günü üzrə respublikanın çay və transsərhəd çaylarındakı mövcud vəziyyət açıqlanıb.
Yağışlar başladı - çaylarda sululuq səviyyəsi yenə dəyişdi

Bakı. Trend:

Oktyabrın son 10 günü üzrə respublikanın çay və transsərhəd çaylarındakı mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-230, Kiçik Qafqazın çaylarında 170-260, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-210 faizini təşkil edir.

Tranzit çaylarda vəziyyətə gəlincə, oktyabrın 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 21 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 256 m3/s olmaqla ongünlük normanın 155 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 198 m3/s olmaqla ongünlük normanın 120 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 161 m3/s olmaqla, ongünlük normanın 175 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 250 m3/s təşkil edərək ongünlük normanın 272 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Salyanda 10, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 17 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 531 sm (2015-ci il oktyabrın 31-də 428 sm), Salyanda 394 sm (2015-ci il oktyabrın 31-də 228 sm), Bankədə 281 sm (2015-ci il oktyabrın 31-də 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 240 sm (2015-ci il oktyabrın 31-də 153 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti