...

ASAN Məktub Lahıcda (FOTO)

Cəmiyyət Materials 1 Noyabr 2016 15:32 (UTC +04:00)
“ASAN Məktub” Lahıcda yaşayan uşaqların sevincinə səbəb olub.
ASAN Məktub Lahıcda (FOTO)

Bakı. Trend:

Sevinc bəxş etmək üçün məsafə və zaman əngəl deyil.

“ASAN Könüllüləri” Təşkilatının ictimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlumata görə, bu dəfə “ASAN Məktub” Lahıcda yaşayan uşaqların sevincinə səbəb olub. Qəsəbədə yaşayan 87 uşaq "ASAN Məktub" vasitəsi ilə öz arzularını reallaşdırıblar. Qeyd edək ki, uşaqlara müxtəlif məktəb ləvazimatları çanta, geyim, dəftər, kitab və s. hədiyyə olunub.

Hədiyyələr, korporativ sosial məsuliyyət çərçivəsində Bakcell şirkəti tərəfindən təqdim olunub.

Məsafələri aşaraq kiçik qəlbləri sevindirmək, uşaqların gizli qəhrəmanına çevrilmək və onlara az da olsa sevinc bəxş etmək istəyən hər kəs, www.asanmektub.az saytına daxil olaraq bu təşəbbüsə qoşula və uşaqların arzu məktubunu öz öhdəçiliyinizə götürə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti