...

Bakıda “Bayraq yürüşü” olacaq

Cəmiyyət Materials 3 Noyabr 2016 14:13 (UTC +04:00)
Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək.
Bakıda “Bayraq yürüşü” olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak edəcəklər.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yürüş saat 11-də Dənizkənarı Milli Parkdan ( "Azneft" meydanı yaxınlığındakı böyük monitorun yerləşdiyi ərazidən) başlayıb Bayraq Meydanında yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti