...

Bakıda möhtəşəm “Bayraq yürüşü” (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2016 12:00 (UTC +04:00)
Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Bayraq yürüşü” keçirilib.
Bakıda möhtəşəm “Bayraq yürüşü”   (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Bayraq yürüşü” keçirilib.

Trend-in məlumatına görə, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak ediblər. Yürüş Dənizkənarı Milli Parkdan ( "Azneft" meydanı yaxınlığındakı böyük monitorun yerləşdiyi ərazidən) başlayıb və Bayraq Meydanında yekunlaşıb.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti