...

"Təmiz Şəhər"dən məktəblilərə "Xəzan şəfəqi" ustad dərsləri (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2016 09:27 (UTC +04:00)
“Təmiz Şəhər” ASC və “KidsArt” uşaq studiyası Qala qəsəbəsindəki 323 nömrəli məktəbdə “Xəzan şəfəqi” adlı ustad dərsləri təşkil edib.
"Təmiz Şəhər"dən məktəblilərə "Xəzan şəfəqi" ustad dərsləri (FOTO)

Bakı. Trend:

“Təmiz Şəhər” ASC və “KidsArt” uşaq studiyası Qala qəsəbəsindəki 323 nömrəli məktəbdə “Xəzan şəfəqi” adlı ustad dərsləri təşkil edib.

“Təmiz Şəhər”dən Trend-ə verilən məlumata görə, şagirdlərə tullantıların səmərəli istifadəsi və idarə olunması haqqında məlumat verən qurumun əməkdaşı məktəblilərə lazımsız əşyalardan şamdan, yarpaq və boş bankalardan ev üçün faydalı əşyalar düzəltməyi öyrədib.

“Təmiz Şəhər” ASC tərəfindən mütəmadi olaraq keçirilən bu ustad dərslərinin məqsədi uşaqlarda tullantıların idarə olunması vərdişlərini formalaşdıraraq, onlara tullantıların faydalı olmasını aşılamaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti