...

Ağsu Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa olundu

Cəmiyyət Materials 7 Noyabr 2016 10:52 (UTC +04:00)
Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa olunub.
Ağsu Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa olundu

Bakı. Samir Əli - Trend:

Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa olunub. Bu barədə Trend-ə xəstəxananın baş həkimi Şəhrəbanu Məlikova məlumat verib.

Baş həkim bildirib ki, bu gün səhər saatlarında "Azərişıq" ASC ilə razılıq əldə edilib və istifadə edilən elektrik enerjisinə görə yaranmış borcun mərhələli ödənişi barədə müqavilə bağlanıb:

"Razıllaşmadan sonra Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa edilib. "Azərişıq" ASC-yə noyabr ayına qədər 31 920 manat işıq pulu ödənilib. Onun 31 min manatı dövlət büdcəsi, 920 manatı şəxsi, yəni özümüz tərəfindən ödənilib. Oktyabrda 400 manat, noyabrda 520 manat elektrik enerjisinə görə pul ödəmişik. Hazırda xəstəxananın elektrik enerjisinə görə 28 min manat borcu qalıb. Onu da mərhələli ödəyəcəyik. Razılaşdıq ki, qarşıdakı aylarda da qalan məbləğ ödəniləcək. Hazırda işıqlarımız yanır və vəziyyət normaldır".

Xatırladaq ki, noyabrın 3-də Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi borca görə dayandırılmışdı. Həmin vaxtdan etibarən xəstəxanaya xüsusi generatorlarla işıq verilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti