...

Turizm müəssisələrinin sertifikatı ləğv olunacaq, əgər...

Cəmiyyət Materials 7 Noyabr 2016 14:42 (UTC +04:00)
Azərbaycanda xidmət keyfiyyəti aşağı düşən turizm müəssisələrinin sertifikatı ləğv olunacaq.
Turizm müəssisələrinin sertifikatı ləğv olunacaq, əgər...

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda xidmət keyfiyyəti aşağı düşən turizm müəssisələrinin sertifikatı ləğv olunacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində əks olunub.

Layihəyə görə, turizm infrastrukturu subyektinin xidmət keyfiyyətinin aşağı düşməsi və onun fəaliyyətinin idarəetmə tələblərinə uyğun gəlmədiyi müəyyən olunduqda uyğunluq sertifikatı ləğv olunacaq.

Bununla yanaşı, turizm infrastrukturu subyekti barəsində məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsindən çıxarılacaq.

Qeyd edək ki, uyğunluq sertifikatı istehsal olunmuş məhsulun müvafiq standarta, texniki reqlamenti və digər normativləri hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti