...

"Yaşıl Təfəkkür" layihəsinə start verilir

Cəmiyyət Materials 11 Noyabr 2016 15:04 (UTC +04:00)
“Yaşıl Təffəkür” layihəsinə start verilir.
"Yaşıl Təfəkkür" layihəsinə start verilir

Bakı. Trend:

“ASAN School” könüllülük məktəbinin “Yaşıl ASAN” təşəbbüsü və "ASAN Könüllüləri” Təşkilatı, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Ekoloji Analitik İnformasiya Agentliyinin( ECORES) birgə təşkilatçılığı ilə “Yaşıl Təffəkür” layihəsinə start verir.

"ASAN Könüllüləri” Təşkilatından Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihənin əsas məqsədi uşaqlar vasitəsi ilə valdeyinlər və onların çevrələrində yaşıl təfəkkürün formalaşdırılması, təbiətin qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınmasıdır. Layihə çərçivəsində 20 nəfərdən ibarət xüsusi təlimçilərin hazırlanması və daha sonra həmin gənclər tərəfindən məktəblərdə şagirdlərə ekologiya və təbiətin qorunması barədə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Təlimlərə qoşulmaq istəyən gənclər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
https://goo.gl/lm93du

Məqalədə:
Xəbər lenti

Xəbər lenti