...

Qubada mübahisə qətllə bitdi

Cəmiyyət Materials 17 Noyabr 2016 09:42 (UTC +04:00)
Quba rayonunda qətl hadisəsi törədilib.
Qubada mübahisə qətllə bitdi

Bakı. Samir Əli - Trend:

Quba rayonunda qətl hadisəsi törədilib. Bu barədə Trend-ə Quba rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda qeyd olunur ki, hadisə noyabrın 16-da rayonun Barlı kəndində baş verib. Kənd sakini Babayev Yusif Hacıbala oğlu həmkəndlisi Məmmədov Ramiz Əhməd oğlunu aralarında yaranmış mübahisəni həll etmək məqsədilə kəndin kənarındakı körpünün yaxınlığına dəvət edib. Hadisə yerində tərəflər arasında mübahisə daha da gərginləşib və Y.Babayev üzərində gətirdiyi bıçaqla R.Məmmədovu qətlə yetirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Y.Babayev saxlanılıb. Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti