...

İdarə: Bakıdakı bütün müəllimlərin maaşları bank hesablarına köçürülüb

Cəmiyyət Materials 17 Noyabr 2016 15:24 (UTC +04:00)
Bakıda dövlət ümumtəhsil müəssisələrində işləyən bütün müəllimlərin əmək haqları artıq onların bank hesablarına köçürülüb.
İdarə: Bakıdakı bütün müəllimlərin maaşları bank hesablarına köçürülüb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda dövlət ümumtəhsil müəssisələrində işləyən bütün müəllimlərin əmək haqları artıq onların bank hesablarına köçürülüb.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, hazırda müəllimlərin maaşlarının gecikdirilməsi yalnız texniki məsələlərlə bağlı ola bilər.

Qeyd edək ki, Bakıda çalışan müəllimlərin oktyabr ayına olan əmək haqları gecikib. Müəllimlərə əmək haqqı kartla ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti