...

İcra Hakimiyyəti: Ağdamda güclü küləyin fəsadları aradan qaldırılıb

Cəmiyyət Materials 18 Noyabr 2016 10:23 (UTC +04:00)
Ağdam rayonunda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılıb.
İcra Hakimiyyəti: Ağdamda güclü küləyin fəsadları aradan qaldırılıb

Bakı. Samir Əli - Trend:

Ağdam rayonunda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılıb. Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, noyabrın 17-də axşam saat 19:00 radələrində rayon ərazisində güclü külək olub:

"Təxminən bir saata qədər davam edən külək səbəbindən rayonun bəzi kəndlərinin elektrik enerjisi təsərrüfatında zədələnmələr olub. Hadisə nəticəsində rayonun Əfətli, Qaradağlı və Zənguşalı kəndlərinin elektrik enerjisinin verilişi dayanıb. Təxminən saat 21:00 radələrində həmin kəndlərin elektrik xətləri bərpa olunub və kəndlər yenidən fasiləsiz elektrik enerjisi ilə təmin edilib. Hazırda rayon ərazisində küləyin törətdiyi fəsadlarla bağlı heç bir problem yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti