...

Doktoranturaya qəbul olmaq istəyənlər üçün sənəd qəbulu başlayır

Cəmiyyət Materials 24 Noyabr 2016 13:47 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası 2016/2017-ci tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul elan edib.
Doktoranturaya qəbul olmaq istəyənlər üçün sənəd qəbulu başlayır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası 2016/2017-ci tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul elan edib.

Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2016/2017-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər bu il noyabrın 28-dən dekabrın 16-dək aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti