...

Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü qeyd olunub

Cəmiyyət Materials 25 Noyabr 2016 15:16 (UTC +04:00)
Bu gün Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı tədbir keçirilib.
Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü qeyd olunub

Bakı. Trend:

Bu gün Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı tədbir keçirilib.

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, SN-nin təşəbbüsü ilə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) baş tutan tədbirdə qeyd olunub ki, 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatında 25 noyabr tarixi - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə günü kimi elan edilib. Məqsəd dünya ictimaiyyətinin diqqətini qadına qarşı zorakılığa yönəltməkdən ibarətdir. Qadın zorakılığına qarşı mübarizə bütün dünyada olduğu kimi, Azərbaycanda da daim diqqətdə saxlanılır.

Tədbirin keçirilməsində əsas məqsəd – KİV vasitəsi ilə ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltmək, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün əhaliyə düzgün istiqamətlənmiş məlumatların təqdim etməkdir. Qeyd olunub ki, statistikaya görə, qadınların 60%-i öz ailələri tərəfindən zorakılığa məruz qalır, əksər hallarda isə fakt gizli saxlanılır.

Tədbirdə KİV nümayəndələrinə zorakılığın sosial aspektləri, səbəbləri, zorakılığa məruz qalmış qadınların sağlamlıqlarının qorunmasında tibb işçilərinin rolu, qadına qarşı zorakılığın hüquqi tərəfləri və İSİM-in apardığı sorğunun nəticələri haqqında geniş məlumat verilib.

Qadın zorakılığına qarşı mübarizə ilə əlaqədar hazırlanmış video çarxlar nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti