...

"Əzraillə rəqs" kitabının təqdimatı olub

Cəmiyyət Materials 28 Noyabr 2016 14:32 (UTC +04:00)
İstedadlı yazıçı Fazil Sənanın “Əzraillə rəqs” kitabının təqdimatı keçirilib.

Bakı. Trend:

Gəncə şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm İdarəsinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı ilə istedadlı yazıçı Fazil Sənanın “Əzraillə rəqs” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri Xəzangül xanım ədibin yaradıcılığı barədə ətraflı məlumat verdi. O qeyd edib ki, Fazil Sənanın yaradıcılığında kənd həyatı, real həyatdan gələn hadisələr, ülvi məhəbbət geniş yer tutur. Həmçinin natiq bildirib ki, onun “Əzraillə rəqs”, “Papaq”, “Vəsiyyət” və digər hekayələri daha çox diqqəti cəlb edir. Yazıçının yaradıcılığının ana xəttini Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr təşkil edir.
Sonra yazıçı Ümbülbanu F. Sənanın “Ölümə ərizə”, “Əzraillə rəqs”, “Papaq” hekayələrini geniş təhlilə cəlb edib, bu hekayələr onun yaradıcılığ diapozonunun çoxşaxəli və rəngarəng olmasından xəbər verdiyini bildirib.

Yazıçı və şairlərdən Qərib Mehdi, Mikayıl Yanar, Sahib İbrahimli, İnqilab İsaq, Ofelya Mədətqızı, İradə Aytel, İmam Cəmilli, Vüsal Hicran, Ramiz Təmkin, Aləmzər Əlizadə və başqaları kitab haqqında mülahizələrini bildirdilər və müəllifə yaradıcılıq uğurları diləyiblər.
Sonda Fazil Sənan tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi və yeni-yeni əsərlərlə oxucularını sevindirəcəyini dilə gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti