...

“Gənc istedadlar” liseyində tolerantlıqla bağlı müzakirələr olub (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2016 16:48 (UTC +04:00)
“Gənc istedadlar” liseyində “Azərbaycan tolerant dəyərlərə sadiq ölkədir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
“Gənc istedadlar” liseyində tolerantlıqla bağlı müzakirələr olub (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Azərbaycan tolerant dəyərlərə sadiq ölkədir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açaraq “16 noyabr – Beynəlxalq Tolerantlıq Günü” münasibətilə keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Qeyd edib ki, bu günün dini inanclarda təcəssüm olunan müxtəliflik, təhlükə deyil, əksinə, dəyərli bəxşişdir, buna görə də, tolerantlıq üzərində mövcud olacaq dözümlü cəmiyyətlərin qurulmasına çalışmaq lazımdır. Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Analitika” şöbəsinin müdiri Rəşad İlyasov “Azərbaycan multikulturalizminin qaynaqları”, BDU-nun “Azərbaycan tarixi” kafedrasının dosenti Nuru Məmmədov “Azərbaycanda dini azadlığın inkişafı”, BDU-nun Fəlsəfə kafedrasının müəllimi Nəzakət Kərimova “Tolerantlığın inkişaf mərhələləri”, “Gənc istedadlar” liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi Afət Abışova “Multikulturalizm-mədəniyyətlərarası dialoqun əsası kimi və onun strateji hədəfləri” mövzusunda məruzələrlə çıxış ediblər .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti