...

DGK: "Bu səbəbdən gömrük-keçid məntəqələrində xoşagəlməz mənzərələrin şahidi oluruq" (VIDEO)

Cəmiyyət Materials 30 Noyabr 2016 19:20 (UTC +04:00)
Üstəlik, bu problemlərin yaranmasının səbəbkarları əsasən xırda ticarətlə məşğul olan, gün ərzində dəfələrlə sərhədddi qarşı tərəfə keçən bir qrup insandır.
DGK: "Bu səbəbdən gömrük-keçid məntəqələrində xoşagəlməz mənzərələrin şahidi oluruq" (VIDEO)

Bakı. Trend:

"Son günlər gömrük postlarında lentə alınan, dəqiq mənbəyi məlum olmayan və gömrük əməkdaşlarının əsasən də qadınlara “kobud” rəftarını əks etdirdiyi iddia edilən videolar məqsədli olaraq və əsasən ölkəmizin gömrük orqanları, gömrükçülər haqqında mənfi rəy formalaşdırmağa imkan verəcək şəkildə montaj olunaraq ictimaiyyətə çatdırılır".

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Komitənin məlumatında deyilir: "Aşağıdakı videolara baxmaq kifayətdir ki, gömrük əməkdaşlarının hansı şəraitdə çalışdıqları, hansı təhqir və şəxsiyyəti alçaldıcı ifadələrə məruz qaldıqları haqqında insanlarda lazımi fikir formalaşsın. Müasir şəkildə inşa edilən, gömrük prosedurlarının həyata keçirilməsi üçün vacib olan avadanlıqlarla təmin edilən binaya daxil olan bəzi vətəndaşlar malların avadanlıqlar vasitəsilə yoxlanılmasına imkan vermir, gömrükçülərin qanuni iradlarını qəbul etmək istəmir, bir sözlə, qanuna tabe olmaqdan imtina edir. Nəticədə kadrlardan göründüyü kimi, gömrük-keçid məntəqələrində xoşagəlməz mənzərələrin şahidi oluruq. Üstəlik, bu problemlərin yaranmasının səbəbkarları əsasən xırda ticarətlə məşğul olan, gün ərzində dəfələrlə sərhədddi qarşı tərəfə keçən bir qrup insandır.

DGK "kobud" rəftarla üzləşdiyi deyilən qadından danışdı (VİDEO)

DGK "kobud" rəftarla üzləşdiyi deyilən qadından danışdı (VİDEO)

Əksər hallarda gömrük-keçid məntəqələrində qanunlara tabe olmaqdan imtina edən bu şəxslərin hərəkətləri gömrük postlarında quraşdırılan avadanlıqların, 100 minlərlə manat dəyərindəki xüsusi qurğuların sıradan çıxmasına səbəb olur.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, ölkəmizin gömrük sərhədindən insanların, malların və nəqliyyat vasitələrinin keçidi müvafiq qanunvericiliklə tənzimlənir və gömrük-keçid məntəqəsində xidmət göstərən gömrükçülər və avadanlıqlar Azərbaycan Respublikasının, onun hər təbəqədən olan vətəndaşlarının sərhəddən təhlükəsiz və rahat keçidini təmin etmək üçün nəzərdə tutulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti