...

Allahşükür Paşazadə: Azərbaycanın multikultural həyat tərzi nadir mədəniyyət nümunəsidir

Cəmiyyət Materials 1 Dekabr 2016 10:27 (UTC +04:00)
“Bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan din-dövlət münasibətləri yüksək səviyyədə inkişaf etdirilir”.
Allahşükür Paşazadə: Azərbaycanın multikultural həyat tərzi nadir mədəniyyət nümunəsidir

Bakı. Elçin Mehdiyev - Trend:

“Bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan din-dövlət münasibətləri yüksək səviyyədə inkişaf etdirilir”.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans zamanı çıxışında deyib.

A.Paşazadə bildirib ki, Azərbaycanda daxili sabitlik mövcuddur: “Dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Son zamanlarda dünyada faciəvi hadisələrin, dini və milli zəmində radikallaşmanın, ekstremizmin, mənəvi dəyərlər böhranının, miqrant probleminin yaşandığı bir dövrdə Azərbaycanın multikultural həyat tərzi nadir mədəniyyət nümunəsidir. Bu bizim həyat tərzimizdir, biz bunu örnək olaraq dünyaya təqdim edirik və fəxr edirik ki, bu elitar ideyanın müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Eyni zamanda, milli-mənəvi mədəniyyətimizin təbliğində müstəsna xidmətləri olan Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, bu gün Bakıda "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans keçirilir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən tədbirdə Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav Kilsəsi və Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri, bir sıra ölkələrin səfirləri və digər şəxslər iştirak edirlər.

Tədbirdə öncə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub, sonra Azərbaycanda multikulturalizmə həsr olunmuş videoçarx nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti