...

Gəncədə bəzi müəssisələrlə bağlı TƏKLİF

Cəmiyyət Materials 7 Dekabr 2016 13:29 (UTC +04:00)
Gəncədə xalçaçılıq kombinatı və toxuculuq fabrikini fəaliyyətini bərpa etmək lazımdır
Gəncədə bəzi müəssisələrlə bağlı TƏKLİF

Bakı. Azad Həsənli - Trend:

Gəncədə xalçaçılıq kombinatı və toxuculuq fabrikinin fəaliyyətini bərpa etmək lazımdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisdə 2017-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə bu, ölkədə yüngül sənayənin inkişafı baxımından çox vacibdir.

Millət vəkili deyib: “Əvvəl xalçaçılıq kombinatında 2,5 milyon kvadratmetr xalça istehsal olunurdu. İndi isə müəssisənin fəaliyyəti dayanıb, biz isə Çin və Dubaydan xalça idxal edirik”.

O, həmçinin bu müəssisələrin fəaliyyətinin bərpa edilməsinin 3 minədək yeni iş yeri yaradılmasına səbəb olacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti