...

"BİR" Tələbə-Könüllü Proqramı ilə AFFA arasında memorandum imzalandı (FOTO)

Cəmiyyət Materials 8 Dekabr 2016 17:42 (UTC +04:00)
“BİR” Tələbə-Könüllü Proqramı ilə AFFA arasında əməkdaşlıq memorandumu imzalanıb.
"BİR" Tələbə-Könüllü Proqramı ilə AFFA arasında memorandum imzalandı (FOTO)

Bakı. Trend:

Dekabrın 8-də Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumu təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov imzalayıb.

Qeyd edək ki, anlaşma memorandumunda tələbələrin könüllülük fəaliyyətinə cəlb edilməsi, könüllülüyün təbliği ilə əlaqədar bir sıra birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Memorandumun şərtlərinə əsasən, “BİR” Tələbə-Könüllü Proqramına daxil olan ali təhsil müəssisələrində AFFA tərəfindən həyata keçirilən yerli və beynəlxalq tədbirlərdə könüllülərin iştirakı və onların təlimlərə cəlb edilməsi nəzərdə tutulub.

“Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığı və bu tədbirlərin təşkilində tələbə-könüllülərin böyük rolunun olduğu nəzərə alınaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti