...

Milli Məclisdə şahmatçılarla görüş keçirilib

Cəmiyyət Materials 13 Dekabr 2016 17:16 (UTC +04:00)
Bu gün Milli Məclisin Gənclər və İdman Komitəsində şahmat üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.
Milli Məclisdə şahmatçılarla görüş keçirilib

Bakı. Trend:

Bu gün Milli Məclisin Gənclər və İdman Komitəsində şahmat üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.

Trend-in məlumatına görə, şahmatçılarla görüşən komitə sədri Fuad Muradov və komitənin sədr müavini Ülvi Quliyev ölkəmizdə idman sahəsinin inkişafından və dövlətin idman siyasətindən danışıblar.

Görüşdə qeyd edilib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Şübhəsiz ki, müxtəlif mötəbər idman yarışlarının ölkəmizdə keçirilməsi buna səbəb olub. Bildirilib ki, Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı göz qabağındadır, xüsusilə şahmatın kifayət qədər inkişaf etdiyi vurğulanıb. 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi bunun bariz nümunəsidir. Görüşdə həmçinin Azərbaycan Şahmat Federasiyasında olan mövcud problemlər, bu idman növünün sonrakı inkişaf perspektivləri ətrafında önəmli fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti