...

Qar sürücülərə çətin anlar yaşatdı (FOTO/VİDEO)

Cəmiyyət Materials 15 Dekabr 2016 20:24 (UTC +04:00)
Gecə saatlarından şimal-qərb bölgəsinə yağmağa başlayan qar bəzi çətinliklər yaradıb.
Qar sürücülərə çətin anlar yaşatdı (FOTO/VİDEO)

Bakı. Trend:

Gecə saatlarından şimal-qərb bölgəsinə yağmağa başlayan qar bəzi çətinliklər yaradıb.

Trend "ARB Şəki"yə istinadən xəbər verir ki, İsmayıllıya 10-15 santimetr hündürlükdə qar yağıb. Nəticədə Muğanlı-İsmayıllı avtomagistralının dağlıq ərazilərindən keçən hissəsində və Muğanlı dolaylarında sürücülər çətin anlar yaşayıb.

Avtomobillərin intensiv hərəkətini təmin etmək məqsədilə İsmayıllı rayon 9 saylı Yol İstismar İdarəsinin ağır texnikası və işçi qüvvəsi dolaylara cəlb olunub. Yolun hərəkət hissəsi qardan təmizlənib, qum və duz səpilir.

Bildirilib ki, idarənin balansında kifayət qədər qum, duz, yanacaq ehtiyatı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti