...

UNEC və ATU birgə kadr hazırlığına başlayır

Cəmiyyət Materials 23 Dekabr 2016 10:25 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Texnologiya Universiteti (ATU) “Qida məhsulları mühəndisliyi”, “Marketinq” və “Menecment” ixtisasları üzrə mütəxəsis hazırlığını birgə aparacaqlar.
UNEC və ATU birgə kadr hazırlığına başlayır

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Texnologiya Universiteti (ATU) “Qida məhsulları mühəndisliyi”, “Marketinq” və “Menecment” ixtisasları üzrə mütəxəsis hazırlığını birgə aparacaqlar.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, əməkdaşlıq UNEC-in rektoru, professor Ədalət Muradov və ATU-nun rektoru, professor Akif Süleymanov arasında imzalanan əməkdaşlıq haqqında müqavilədə öz əksini tapıb. Müqaviləyə əsasən, mütəxəssis hazırlığı UNEC-in tədris planları və müvafiq fənn proqramları əsasında aparılacaq. Sənəddə, həmin ixtisaslarda təhsil alan ATU tələbələrinin UNEC-də, UNEC tələbələrinin ATU-da bir semestr boyunca təhsil almaları qeyd edilib. UNEC-in professor-müəllim heyətinin ATU-da bu ixtisaslar üzrə keçirilən aralıq və yekun dövlət imtahanlarında iştirakı da nəzərdə tutulub.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti