...

Ölkənin aparıcı alimlərinin iqtisadi proseslərə münasibəti "UNEC Ekspert"də (FOTO)

Cəmiyyət Materials 6 Yanvar 2017 09:22 (UTC +04:00)
İctimaiyyətin böyük marağına səbəb olan “UNEC Ekspert” jurnalının növbəti sayı təqdim edilib.
Ölkənin aparıcı alimlərinin iqtisadi proseslərə münasibəti "UNEC Ekspert"də (FOTO)

Bakı. Trend:

İctimaiyyətin böyük marağına səbəb olan “UNEC Ekspert” jurnalının növbəti sayı təqdim edilib.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, “UNEC Ekspert” jurnalının yeni sayında oxucular dünyada və ölkədə baş verən iqtisadi proseslərə ölkənin aparıcı alimlərinin münasibətini öyrənməklə yanaşı, onların təklifləri ilə də tanış olacaqlar. Məlumat-təhlil tutumu zəngin olan jurnalda iqtisadiyyatın müxtəlif sahələri üzrə ekspert yanaşmaları yer alıb. Beynəlxalq təcrübə geniş təhlil edilib.

Dünyanın mürəkkəb iqtisadi və biznes aləmindəki vəziyyətin rasional proqnozlaşdırma və analitik təhlilə ehtiyac duyulduğu bir zamanda jurnalın məqalələri çox aktualdır. Bu baxımdan “İdman turizminin davamlı iqtisadi inkişafda rolu”, “Azərbaycanın kimya sənayesinin ixrac potensialı”, “Texnologiya tutumlu kənd təsərrüfatına doğru”, “Vergi məcəlləsinə dair təkliflər”, “Azərbaycanın iqtisadiyyatının rəqabət qabiliyyətinin artımında universitetlər necə kömək edə bilərlər?” başlıqlı araşdırma-təhlil məqalələri diqqəti daha çox çəlb edir.
Jurnal ildə iki dəfə olmaqla nəfis tərtibatla nəşr olunur.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti