...

Ekoloji qanunvericiliyin pozulmasına görə 20 müddətli “məcburi göstəriş” verilib

Cəmiyyət Materials 6 Yanvar 2017 12:27 (UTC +04:00)
2016-cı il 16-31 dekabr tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Ekoloji qanunvericiliyin pozulmasına görə 20 müddətli “məcburi göstəriş” verilib

Bakı. Trend:

2016-cı il 16-31 dekabr tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 124 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 20 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 26 iş üzrə 23200 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 17 iş üzrə 11093,9manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 171 iş üzrə 42228,17 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 25, icra qurumlarına 39, məhkəmələrə isə 3 iş göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti