...

Ədliyyə Nazirliyi: Quba məhkəməsində 10 yaşlı Nurayla bağlı yoxlamalar davam edir

Cəmiyyət Materials 9 Yanvar 2017 10:41 (UTC +04:00)
"Yaxın günlərdə yoxlamaların nəticələri yekunlaşacaq və ictimaiyyətə açıqlama veriləcək".
Ədliyyə Nazirliyi: Quba məhkəməsində 10 yaşlı Nurayla bağlı yoxlamalar davam edir

Bakı. Samir Əli - Trend:

Ədliyyə Nazirliyi Quba rayon məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsi ilə bağlı xidməti yoxlamalara başlayıb.

Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, hazırda məsələ ilə bağlı yoxlamalar davam etdirilir:

"Yaxın günlərdə yoxlamaların nəticələri yekunlaşacaq və ictimaiyyətə açıqlama veriləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan N.Bayramzadənin xalasından alınaraq atası Əvəz Bayramova verilməsi barədə məhkəmə qətnaməsinin icrası prosesində icra məmurlarının azyaşlıya zor tətbiq etməsi ilə bağlı videogörüntü yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti