...

Təxirə salınmış Bakı-İstanbul reysinin sərnişinləri digər reyslə uça bilərlər

Cəmiyyət Materials 9 Yanvar 2017 12:13 (UTC +04:00)
Bu gün səhər təxirə salınmış Bakı-İstanbul aviareysinin sərnişinləri yanvarın 18-ə kimi istənilən reyslə uçuşu həyata keçirə bilərlər.
Təxirə salınmış Bakı-İstanbul reysinin sərnişinləri digər reyslə uça bilərlər

Bakı. Azad Həsənli - Trend:

Bu gün səhər təxirə salınmış Bakı-İstanbul aviareysinin sərnişinləri yanvarın 18-ə kimi istənilən reyslə uçuşu həyata keçirə bilərlər. Bu barədə Trend-ə “Türk Hava Yolları” şirkətindən məlumat verilib.

Bu gün İstanbuldakı hava şəraiti ilə əlaqədar səhər saatlarında Bakı-İstanbul reysi təxirə salınmışdı. Aviaşirkətin məlumatına görə, həmin reysin sərnişinləri fevralın 8-dək biletin dəyərini geri ala bilərlər.

Qeyd edək ki, bu gün ümumilikdə İstanbula 6 reys təyin olunub. Onlardan 3-ü artıq baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti