...

Ədliyyə Nazirliyi Nuraya zor tətbiq edən məhkəmə icraçılarının hərəkətlərini araşdırır

Cəmiyyət Materials 10 Yanvar 2017 12:01 (UTC +04:00)
Ötən il dekabrın 7-də Quba rayon Məhkəməsinin İcra şöbəsində məhkəmə icraçıları tərəfindən 10 yaşlı Nuray Bayramzadəyə qarşı zorakılıq edilməsi məsələsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar davam etdirilir.
Ədliyyə Nazirliyi Nuraya zor tətbiq edən məhkəmə icraçılarının hərəkətlərini araşdırır

Bakı. Samir Əli - Trend:

Ötən il dekabrın 7-də Quba rayon Məhkəməsinin İcra şöbəsində məhkəmə icraçıları tərəfindən 10 yaşlı Nuray Bayramzadəyə qarşı zorakılıq edilməsi məsələsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda məhkəmənin İcra şöbəsində aparılan daxili təhqiqatda məhkəmə icraçılarının qərarın icrası zamanı etik davranış qaydaları araşdırılır:

"Əgər məhkəmə icraçılarının hərəkətlərində qanun pozuntusu aşkarlanarsa, həmin şəxslər barəsində müvafiq tədbirlər görüləcək".

Ombudsman Aparatı: Nuray Bayramzadə təhsildən yayınıb

Ombudsman Aparatı: Nuray Bayramzadə təhsildən yayınıb

Qeyd edək ki, sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan N.Bayramzadənin xalasından alınaraq atası Əvəz Bayramova verilməsi barədə məhkəmə qətnaməsinin icrası prosesində icra məmurlarının azyaşlıya zor tətbiq etməsi ilə bağlı videogörüntü yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti