...

Saxta diplomlarla bağlı Baş Prokurorluğun açıqlaması

Cəmiyyət Materials 16 Yanvar 2017 11:32 (UTC +04:00)
Azərbaycanda saxta diplomlarla bağlı daxil olan müraciətlər azalıb.
Saxta diplomlarla bağlı Baş Prokurorluğun açıqlaması

Bakı. Samir Əli-Trend:

Azərbaycanda saxta diplomlarla bağlı daxil olan müraciətlər azalıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda saxta diplomlar iki qrupa bölünür:

"Birinci diplomlara baxanda saxta olduğu müəyyən edilir. İkinci saxta diplomlar isə həqiqi diplomdan seçilmir. Diplomlarla bağlı rayon icra hakimiyyətlərindən, dövlət imtahan mərkəzindən müraciətlər daxil olur. Rayon icra hakimiyyətləri Təhsil Nazirliyinə müraciət edir və nazirliyin rəyi nəticəsində bizə müraciət göndərilir. Ötən illərlə müqayisədə hazırda müraciətlər azalıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti