...

Şəhər və qəsəbələrin planlaşdırılması ilə bağlı sənədə dəyişiklik edildi

Cəmiyyət Materials 17 Yanvar 2017 16:44 (UTC +04:00)
Şəhər və qəsəbələrin planlaşdırılması ilə bağlı sənədə dəyişiklik edildi.
Şəhər və qəsəbələrin planlaşdırılması ilə bağlı sənədə dəyişiklik edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” adlı normativ sənədinə dəyişiklik edib.

Trend-in məlumatına görə, dəyişiklikdə məqsəd normativ sənədin tələblərinin təkmilləşdirilməsidir.

Sənədə edilən yeni əlavəyə görə, ərazidən istifadənin intensivliyi yaşayış tikintisinin sıxlığı və ərazinin tikinti faizi ilə səciyyələnir. Yaşayış zonaları ərazilərinin tikinti sıxlığı və tikinti faizi ərazinin şəhərsalma baxımından əhəmiyyəti, ətraf mühitin vəziyyəti, şəhərsalma şəraitinin digər xüsusiyyətləri nəzərə alınmaqla şəhərsalma reqlamentinə uyğun qəbul edilməlidir.

Sənədə görə, yaşayış tikintisinin sıxlığı yaşayış binasının yerüstü mərtəbələlərinin ümumi sahəsinin planlaşdırılan ərazinin sahəsinə olan nisbətidir (min kv.m/ha).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti