...

Bakı məktəbliləri "Olimpiya Hərəkatı–2017" yarışlarında iştirak edir (FOTO)

Cəmiyyət Materials 23 Yanvar 2017 11:29 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri “Olimpiya Hərəkatı–2017” (“Olympic Moves–2017”) idman proqramı çərçivəsində keçirilən yarışlarda iştirak edir.
Bakı məktəbliləri "Olimpiya Hərəkatı–2017" yarışlarında iştirak edir (FOTO)

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri “Olimpiya Hərəkatı–2017” (“Olympic Moves–2017”) idman proqramı çərçivəsində keçirilən yarışlarda iştirak edir. “Olimpiya Hərəkatı–2017” idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

İdarədən Trend-ə verilən məlumata görə, proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir. Yarışlar 5 idman növü – voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə keçirilir. Yarışlara Bakı məktəbləri ilə yanaşı, Sumqayıt, Göygöl və Gəncə məktəbləri də qatılıb.

Qeyd edək ki, “Olimpiya Hərəkatı – 2017” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti